I Liqada mübarizə aparan "Baku Sporting" baş məşqçisi Elman Sultanovla bağlı qərar qəbul edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi mütəxəssislə müqaviləni 2030-cu ilin may ayına qədər uzadıb.
Həmçinin komandanın texniki və inzibati heyəti ilə də 2030-cu il may ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, hazırda "Bakı Sportinq" turni cədvəlində 26 xalla 5-cidir.