Bu gün futzal üzrə ölkə çempionatının Yüksək Liqasında X turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, günün ilk matçında "Baku Fire" "Record club"la qarşılaşmalı olsa da, birincilərin meydana çıxmaması səbəbindən görüş  baş tutmayıb.

 

Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov saytımıza açıqlamasında məsələ ilə bağlı bunları söyləyib: "Əsasnaməyə uyğun olaraq oyunun başlanmasına 75 dəqiqə qalmış komandalar protokolu göndərməlidi. "Baku Fire" isə təyin olunan vaxtda bunu etməyib. Sonra sistemı açmaq mümkün olmadığından matç baş tutmadı. Protokol olmadan da oyun keçirilmir".

 

Qeyd edək ki, bu qış fasiləsi ərəfəsində son tur idi. Bununla da liqada mövsüm yarılanacaq və komandalar gələn ilin fevralına qədər qış fasiləsinə yollanacaq.

RƏŞAD QASIMOV