Fernando Dinisin yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, braziliyalı mütəxəssis "Vasko da Qama"nın baş məşqçisi təyin olunub. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

 

Onunla 2026-cı ilin sonuna qədər müqavilə imzalanıb.

 

51 yaşlı mütəxəssis daha əvvəl "Kruzeyro", Braziliya millisi, "Santos", "Fluminense" və "Quarani" klublarında çalışıb.

 

Qeyd edək ki, "Vasko da Qama" 7 turdan sonra 7 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.