AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə iyunun 18-dən 20-dək qitə futbol qurumunun "HatTrick" proqramı çərçivəsində Bakıda D kateqoriyalı məşqçi kursları keçiriləcək. Sport24.az assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kurs 3 günü əhatə edəcək.

 

Dərslər həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla qurumun məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.