UEFA Region Kubokunun 2024/2025-ci illər mövsümünün püşkü atılıb. Sport24.az xəbər verir ki, Azərbaycanıl təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq.   Təmsilçimiz ilkin mərhələnin B qrupunda İsveç və Gürcüstan komandaları ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları gələn ilin iyulun 31-dək keçiriləcək. Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.     Qeyd edək ki, ölkəmizi turnirdə AFFA Region Liqasının 2023/2024-cü illər mövsümünün qalibi olacaq komanda təmsil edəcək.