Bu ilin iyun ayında "Araz-Naxçıvan"dan ayrılan İsmail Azzauinin yeni komandası bəlli olub. Sport24.az xəbər verir ki, 6 ay klubsuz qalan belçikalı yarımmüdafiəçi Kiprdə çıxış edəcək.
O, "Omoniya 29" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azzaui ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu "Araz-Naxçıvan"da 7 oyuna çıxıb və 1 qol vurub.