17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Bettemburq şəhərində yerləşən "Munisipial" stadionunda təşkil olunan görüş Serbiya komandasının 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.

 

Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburq seçməsinə qarşı keçirəcək.