Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib. Sport24.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

 

Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

 

S.

 

Ad/Soyad

 

Klub

 

1

 

Rza Cəfərov

 

Neftçi

 

2

 

Şahrudin Məhəmmədəliyev

 

Qarabağ

 

3

 

Aydın Bayramov

 

Zirə

 

4

 

Abbas Hüseynov

 

Qarabağ

 

5

 

Qismət Alıyev

 

Zirə

 

6

 

Bəhlul Mustafazadə

 

Qarabağ

 

7

 

Elvin Bədəlov

 

Neftçi

 

8

 

Cəlal Hüseynov

 

Arda (Bolqarıstan)

 

9

 

Rəhman Daşdəmirov

 

Sabah

 

10

 

Anton Krivotsyuk

 

"Daejeon Hana Siti" (Cənubi Koreya)

 

11

 

Elvin Cəfərquliyev

 

Qarabağ

 

12

 

Toral Bayramov

 

Qarabağ

 

13

 

İsmayıl İbrahimli

 

Zirə

 

14

 

Ceyhun Nuriyev

 

Zirə

 

15

 

Səbuhi Abdullazadə

 

Sumqayıt

 

16

 

Emin Mahmudov

 

Neftçi

 

17

 

Anatoli Nuriyev

 

Sabah

 

18

 

Ozan Can Kökçü

 

Volendam (Niderland)

 

19

 

Şahin Şahniyarov

 

Qəbələ

 

20

 

Mahir Emreli

 

Kayzerslautern (Almaniya)

 

21

 

Nəriman Axundzadə

 

Qarabağ

 

22

 

Renat Dadaşov

 

Motor (Polşa)

 

23

 

Musa Qurbanlı

 

Qarabağ

 

24

 

Xəyal Əliyev

 

Sabah

 

 

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də "Lauqardalsvollur" stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.