2025/2026 mövsümündə Azərbaycan I Liqasında çıxış edəcək "Səbail" yeni transferini açıqlayıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Turan Vəlizadəni icarə əsasında heyətinə qatıb.
24 yaşlı futbolçu ötən mövsümü Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan"da keçirib.