"Dünən saat 17:00-da fitness məşqimiz olub. Bu gün iki məşq planlaşdırmışdıq, birinə saat 11:00-da çıxmışıq, digəri isə 17:00-da olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov deyib.

 

Baş məşqçi komandada maaş probleminin olmadığını və futbolçuların məvaciblərini vaxtında aldığını bildirib:

 

"Kimsə inanmırsa, gəlib məşqimizə baxa bilər. Premyer Liqaya yeni vəsiqə qazanmış komandaya dəstək vermək lazımdır. Yalan məlumatlarla ürək bulandırırlar və bu da heç kimə xoş deyil. Keçən aya görə maaşımızı "Şamaxı" ilə oyundan öncə almışıq. Oktyabrda sentyabr üçün məvacibimizi alacayıq. Komanda yeni yarananda problemlər var idi, AFFA-nın köçürmələri gecikmişdi. Hazırda bu yöndə heç bir çətinliyimiz yoxdur. Hətta, mükafatlarımız da vaxtında verilib. Biz öz işimizi görürük, inanmayanlar gəlib məşqimizi izləyə bilər. Komanda hazırda bazadadır".

 

Qeyd edək ki, mətbuatda Yevlax təmsilçisinin futbolçularının maaş gecikməsi səbəbindən məşqi boykot etdiyi barədə xəbərlər yayılıb.