"Məşqlərə yanvarın 3-dən başlamışıq. 8 gündür hazırlaşırıq. Gündə 2 məşq edirik. Uşaqlara təşəkkür edirəm. Həm məşqdə, həm də "Qarabağ"la oyunda bacardıqlarını edirlər". Bu sözləri Sport24.az saytına açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis komandasının hazırlığını dəyərləndirib: "Bugünədək olan hazırlıqdan razıyam. Xəttlərarası əlaqələri inkişaf etdiririk. Oyunda hər iki hissədə fərqli heyətlər buraxmışdıq. İstəyirik ki, futbolçularımız həm daha təzyiqdə oynasın, həm də fiziki göstəriciləri artıraq. Zədəsiz oyun keçirdik. İnanıram ki, hər şey istəyimizcə olacaq".
Bağırov komandanın transfer planlarından da söz açıb: "Transfer məsələsinə gəlincə, Orxan komandadan gedib. Dəvət göndərdiyimiz oyunçular var. Qışda yaxşı oyunçu tapmaq biraz çətindir. Amma əlavələr olacaq. Əsasən orta xəttə və vinger mövqeyinə oyunçu axtarırırq. Komandamızın performasını 30-40 faiz artırmaq istəyirik. Ümid edirəm ki, yeni oyunçularımız heyətə tez qoşulacaq və çempionatda daha yuxarı pillələrə qalxacaq. Çətin olacaq, amma ümid edirəm ki, mübarizə apararaq istədiyimizə nail olacağıq".