AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında yaşananlar müzakirə olunub.

"Kəpəz" – "Neftçi" oyunu bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib. "Araz-Naxçıvan" – "Zirə" matçında 4 futbolçusu sarı alan qonaqlar 700 manat cərimələnib.

 

"Səbail" – "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat ziyana düşüb.

 

Misli Premyer Liqasının XXII turunun "Araz-Naxçıvan" – "Kəpəz" matçında qonaqlar 4 sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.