UEFA "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla 9 Azərbaycan klubuna ödəniş edib. Sport24.az xəbər verir ki, 2023/2024 mövsümü üçün ayrılmış 1.955.000 (bir milyon doqquz yüz əlli beş min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

 

Bununla da "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinin payına 217.222.22 avro məbləğ düşüb.