"Qarabağ"ın üzvü Marko Yankoviç UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qayda pozuntusuna məruz qalan futbolçudur. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 8 matçda 33 dəfə belə halla üzləşib.
Monteneqrodan olan oyunçu bu göstərici ilə birinci pillədə qərarlaşıb.
Türkiyənin "Fənərbağça" klubundan Fred (24) ikinci, İtaliya təmsilçisi "Roma"dan Mamu Kone (21) üçüncü olub.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub.