UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunlarından sonra "Qarabağ" klubunun pley-off şansı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.
Ağdam təmsilçisinin ilk "24-lük"də olma ehtimalı 38 faiz olaraq göstərilib.
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderland təmsilçisi "Ayaks"a 2:4 hesabı ilə uduzub. Həmin qarşılaşmadan əvvəl "Qarabağ"ın növbəti mərhələyə yüksəlmə şansı 71 faiz olaraq göstərilmişdi.