Bizim fikrimiz daha çox yerli oyunçularla Premyer Liqadakı güclü komandalara rəqib olmaqdır. Buna imkanlarımız çatır. Sport24.az xəbər verir ki, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

 

Funksioner bölgə təmsilçisinin döyüşkən komanda olacağını söyləyib:

 

"Başqa seçim belə ola bilməz. Yalnız qalib olmaq istəyirik. Hansısa işə başlayırıqsa, ya qalib olmalısan, ya da bu işə başlamamalısan".