Uzun illərdi AFFA-nın Təhsil Proqramının rəhbəri kimi çalışan Aslan Kərimov yaxın vaxtlarda postundan gedə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 51 yaşlı mütəxəssis assosiasiya rəhbərliyinin ona qarşı münasibətindən narazıdı.

 

Narazılığın kökündə isə maliyyə durur. Mənbəmizin sözlərinə inansaq, Kərimov məvacibinin artırılmasını istəyir. AFFA rəhbərliyi isə hələ ki, bu addımı atmağa tələsmir. UEFA Təhsil Proqramına yetərincə vəsait ayırsa da, assosiasiya rəsmiləri ali qurumdan gələn pulları başqa istiqamətdə xərcləyir. Bu səbəbdən proqram rəhbəri yaxın ətrafına postundan getmək fikrində olduğunu söyləyib.

 

Qeyd edək ki, Kərimov futbolçu karyerasını başa vurduqdan sonra U-15 və U-16-nın baş məşqçisi, əsas millidə isə Berti Foqtsun köməkçisi kimi çalışıb.