"Dünəndə xəbərlər yayılıb ki, "İrəvan" - "Araz Saatlı" görüşü danışılmış oyun olub. Bizim nədənsə qorxacaq, çəkinəcək əməlimiz yoxdu. Meydanda mübarizə aparıb, alın təriylə qələbəmizi qazanmışıq. Buyursunlar araşdırsınlar. Bizimlə bağlı çox qəribə bir tendensiya yaranıb. Uduzanda da, udanda da müzakirə olunuruq". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz Saatlı"nın Prezidenti Ədalət Abdullayev bildirib.

Azərbaycan futbolunda növbəti dəfə danışılmış oyunlarla bağlı araşdırma aparılır. Bu barədə "CBC-Sport"a AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib. O, açıqlamasında Azərbaycan çempionatının I Liqasında "İrəvan" – "Araz Saatlı" (1:4) oyunu ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu bildirib

 

Saatlı klubunun rəhbəri saytımıza açıqlamasında liqada mübarizə aparan digər klubların da oyunlarında gözlənilməz nəticələrin qeydə alındığını vurğulayıb: "Baş məşqçilər inciməsin, amma I Liqada gözlənilməz nəticələrin qeydə alınması məşqçilərin işinin keyfiyyəti ilə bağlıdı. Belə ki, onlar komandalarını oyuna kökləyə bilmir. Məsələn, "Mingəçevir" bizə böyük hesabla məğlub olur. Amma doğma meydan güclü "Karvan"ı məğlub edir, Zaqatala səfərindən qələbəylə qayıdır. "Şamaxı"dan xal qoparır. Yəni, I Liqada nəticələrlə bağlı sabitlik yoxdu".

ABDULLA İSMAYILOĞLU