"Meydanda layiqincə mübarizə apardıq. Xoşbəxtliyi rəqib qapısı ağzında axtarsaq da, rəqibi məyus edə bilmədik. Əvəzində heç nədən qapımızda 2 qol gördük. Qısası, oynayan biz, qələbəyə sevinən rəqib oldu. Bu gün bizim günümüz deyildi". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz Saatlı"nın legioneri Şequn Ezekiel Omotoşo deyib.
Nigeryalı futbolçu ilk oyunda məğlub olmalarına baxmayaraq, cavab qarşılaşması ərəfəsində nikbinliyini itirmədiyini də vurğulayıb: "Araz Saatlı"da hər şey məni qane edir. Komandam üçün maksimum faydalı olmağa çalışıram. "Araz Saatlı"nın aşağı liqaya yuvarlanmasını ağlımızdan keçirməyib sona qədər döyüşməliyik. Qarşıda cavab matçı var. İndi karyeramı harda davam etdirəcəyimdən çox "Araz Saatlı"nın I Liqada yerini qorumasını düşünürəm. Odur ki, hələlik burdayam və komandamın uğuru naminə əlimdən gələni əsirgəməyəcəm".
Qeyd edək ki, I Liqaya vəsiqə uğrunda keçirilən ilk pley-off matçında "Cəbrayıl" "Araz Saatlı"nı 2:0 hesabı ilə məğıub edib. Cavab qarşılaşması isə iyunun 15-də baş tutacaq.