"Araz-Naxçıvan"ın qış fasiləsi ilə bağlı planları məlum olub. Sport24.az xəbər verir ki, hazırda istirahətə buraxılan "qırmızı-ağlar" yanvarın 5-də bir araya gələcək.

 

Buzovnada hazırlıq keçməyi planlaşdıran Elmar Baxşıyevin komandası toplanış dönəmində 2 yoxlama matçı keçirməyi düşünür. Naxçıvan təmsilçisi yanvarın 11-də "Səbail" ilə üz-üzə gələcək. 4 gün sonra, daha dəqiq desək yanvarın 15-də əsas komanda "Araz-Naxçıvan-2" ilə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, XVIII turdan sonra aktivində 39 xal olan naxçıvanlılar turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.