"Araz-Naxçıvan"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

 

Zədəli olduğuna görə, son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub. Müdafiəçinin "Kəpəz"lə XXIX turun matçında meydana çıxıb-çıxmayacağı oyun günü dəqiqləşəcək.

 

"Sumqayıt"la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir. O, qarşıdakı turu buraxacaq.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" – "Kəpəz" oyunu aprelin 5-də, saat 20:00-da "Liv Bona Dea Arena"da keçiriləcək.