Futbol üzrə Azərbaycan I Divizionunda 5-ci tura start verilib.

Sport24.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Lider “Araz Naxçıvan” bu dəfə “Sumqayıt”ın əvəzedicilərini böyük hesabla məğlub edib. MOİK “Kəpəz”in ikinci komandasını məğlub yola saldığı halda, “Mingəçevir” “Şamaxı”nın əvəzedicilərinə uduzub. “Qəbələ” və “Zirə”nin əvəzedici komandalarının oyununda da sevinən tərəf qonaqlar olub.

I Divizion
5-ci tur

28 sentyabr

Qəbələ-2 – Zirə-2 0:1
Qol: Xəqani Sadıxov, 71.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30.

Araz Naxçıvan – Sumqayıt-2 4:0
Qol: Orxan Əliyev, 27; 42; 64. Fərid Kərimzadə, 44.
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Elman Kərimov, İrşad Aydınov.
Naxçıvan Muxtar Respublika stadionu, 15:30.

MOİK – Kəpəz-2 2:1
Qol: Tural Nəsirov, 33. İlham Allahverdiyev, 83 – Zahid Mərdanov, 80.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Binə qəsəbə stadionu, 15:30.

Mingəçevir – Şamaxı-2 2:4
Qol: Rüstəm Nuruyev, 5. Elvin Əlizadə, 90 – Xəyal İbrahimov, 52. Rövşən Şahmuradov, 70. Tapdıq Əhmədov, 73. Malik Nadirov, 88.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İslam Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

29 sentyabr

Qaradağ Lökbatan – İmişli
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30

Səbail-2 – Qarabağ-2
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Rasim Axundov, Kamranbəy Rəhimov
“ASCO Arena”, 16:00

Neftçi-2 – Zaqatala
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Elvin Bayramov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.