"2023-cü il əzgin oldu. İlin əvvəli o qədər iyrənc idi ki, bundan betər olacağını düşünmək də mümkün deyildi". Sport24.az xəbər verir ki, bunu "Matç TV"yə açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.

 

"Süvarilər"in qolkiperi rusiyalı həmkarlarımızla söhbətdə ilin sonuna yaxın vəziyyətin düzəldiyini də vurğulayıb: "Amma 2023-cü ilin sonunda hər şey düzəldi. Demək olar ki, quyunun dibindən dartıb çıxardı. Amma mən ilin əvvəlindən inanırdım ki, hər şey yoluna düşəcək. Bunun bütün imkanlarımı səfərbər etmişdim və əziyyətimin hədər getməməsi məni sevindirir".

 

Lunyov geridə qalan ildə çıxışını dəyərlədnirib: "Zədədən sonra futbola qayıtdım. Bu da mənim üçün ən vacibidir. Çoxları zədənin ağır nəticələr verə biləcəyini deyirdi. Amma hər şey yaxşı qurtardı. Ona görə də özümə "4+" qiymətini verərdim".

 

Təcrübəli qolkiper 2024-cü il üçün hədəfləri barədə də məlumat verib: "2024-cü il üçün qarşıma konkret vəzifə qoymuram. Əvvəllər necə çalışırdımsa, yeni ildə də maksimum səylə məşq edəcəm. Əsas odur ki, zədə olmasın. Sağlam olandan sonra necə lazımdırsa, elə də çalışarıq".

 

Qeyd edək ki, "Qarabağ" Lunyovu 2023-cü ilin yayında "Bayer"dən icarəyə götürüb.