"Kəpəz"lə ağır oyun keçirdik. Əsas odur ki, sonda istədiyimiz nəticəni əldə etdik. Evə qələbəylə qayıdırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın üzvü Anatoli Nuriyev deyib.

 

Komandasının avrokubok şansını dəyərləndirən futbolçu qarşıdakı oyunların çətin keçəcəyini də vurğulamağı da unutmayıb: "Kəpəz"i məğlub edib 4-cü pillədə bir qədər möhkəmlənsək də, işimiz çox çətindi. Əslində tək biz yox, bütün komandalar gərginlik içindədi. Turnir cədvəlində baxanda da bunu görmək mümkündü. Fikrimcə, son tura qədər amansız mübarizə gedəcək. Bu dramatik "tamaşa"da sona qədər rolumuzu ifa edəcəyik, maksimum nəticəyə köklənmişik. İnanıram ki, qitəmiqayaslı tunirə yollanan komandalardan biri məhz biz olacağıq".

 

27 yaşlı yarımmüdafiəçi sonda öz çıxışını dəyərləndirib: "Hazırda mikro zədəm var. Onu sağaltmaqla məşqğulam. Ona gərə də son oyunlarda çox vaxt ehtiyatdan meydana çıxıram.  Baş məşqçi sağ olsun, bu gün də şans verdi".


Polad Azər