"Müqavilə müddətim başa çatır. Bir neçə təklifim var. Hələ ki düşünürəm. Komandanın vəziyyətinin necə olacağını gözləyirəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Amil Yunanov deyib.

30 yaşlı hücumçu gələcək planlarından söz açarkən, bu haqda məşqçilərlə də danışacağını vurğulayıb: "Təkliflər Premyer Liqa klublarındandı. Amma indi gözləyirəm. İlk olaraq öz komandamla, məşqçilərimlə danışacam. Bunu qarşıdakı günlərdə edəcəm. Heç zaman öz komandama hörmətsizlik etmərəm. Necə olacağını zaman göstərəcək".

Xatırladaq ki, "Şamaxı" çempionatda son pilləni tutaraq I Diviziona düçüb. 

 

KAMAL RZA