Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur. Sport24.az xəbər verir ki, bu turnirdə yeganə təmsilçimiz "Qarabağ" Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Bu komandalar arasında Bakıda keçirilən görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Şerif" (Moldova) – "Makkabi" (Tel-Əviv, İsrail) cütünün güclüsü ilə qarşılaşacaq. "Makkabi" ilk oyunda 5 cavabsız qolla qalib gəlib.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
22:00. SSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) 0:0 (Birinci hissə)
İlk oyun - 0:0
Baş hakim: Bran van Den Dries (Belçika)
Sofiya. Vasili Levski Milli Stadionu
SSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqo, 7. Jali Muaddib, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanli, 25. Cebrail Mekreskis, 29. Renaldo Sepas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov