"Neftçi" çempionata uğursuz start verib. Ən əsası oyun yoxdur. "Kəpəzi" məğlub etsələr belə, inanmıram ki, onlarda komanda ruhu yaransın". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

 

Təcrübəli mütəxəssis tez-tez baş məşqçi dəyişikliyinin əleyhinə olduğunu da vurğulayıb: "Əfsuslar olsun ki, baş məşqçi hələ optimal heyəti formalaşdıra bilməyib. Hər oyunda heyətdə ən azı bir dəyişiklik olur. Roman Qriqorçukun bu addımı onu bildirir ki, gətirdiyi futbolçulara çox inanmır. Qriqorçuk "Neftçi"yə baş məşqçi təyin olunanda gözləyirdik ki, "Qarabağ"a, "Sabah"a, "Zirə"yə gücünü göstərəcək. Ancaq biz bunları görmürük. "Neftçi"nin faciəsi 5-6 aydan bir baş məşqçi dəyişməyidir. Rəhbərlik bu barədə düşünməlidir. "Neftçi"nin bir ailə olmağı lazımdır. Ailə yoxdursa, nəticə də olmayacaq".

 

Qeyd edək ki, Premyer Liqanın 9-cu turu çərçivəsində keçiriləcək "Kəpəz" - Neftçi" oyunu oktyabrın 9-u Tovuz şəhər stadionunda baş tutacaq. Oyunun start fiti 17:00-da səslənəcək.