"Neftçi"nin son iki oyununu izləmişəm. Komandanın oyun keyfiyyəti artıb". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.

 

Təcrübəli mütəxəssis "Neftçi"nin Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt" üzərində qalibiyyətini şərh edib:

 

"Heyət yeni yığılıb. Hər bir xəttdə yeni futbolçular var, zaman vermək lazımdır. "Sumqayıt"la oyunda qazanılan qələbə onlara ruh yüksəkliyi verəcək. İndi isə bunun davamını gətirməlidirlər. Rəhbərlik baş məşqçiyə, məşqçilər korpusu futbolçulara, futbolçular da məşqçilərə inanmalıdır. Hər bir oyunçuda inam yaratmaq psixoloji ruh yüksəkliyini artırır. Futbolçu məşqə belə gələndə sevinməlidir. Sentyabrda qalan oyunlar göstərəcək ki, "Neftçi" tam olaraq hansı vəziyyətdədir. Mən baş məşqçi işləyəndə də hakimlər haqda danışmamışam. Onlar da insandır. Səhv olacaq, amma ardıcıl olmasın, qərəzə yol verilməsin. İndiki halda VAR gətirilib. Səhvlər aradan qaldırılmalıdır. VAR özü səhv edirsə, deməyə sözüm yoxdur. İnanmıram qərəz olsun. VAR-da oturan da insandı. Onlar da öyrənir. Meydanda əsas olan baş hakimin qərarıdır. Çünki o, futbolçulara yaxındır, meydanı hiss edir".

 

Qeyd edək ki, "Neftçi" 5 turdan sonra 6 xalla 8-ci pillədədir.