"Neftçi" ilk dövrədə uğursuz çıxış etdi. Daim liderliyə görə mübarizə aparan komandanı belə görmək acılıdır". Bu sözləri "Sport24.az" saytına açıqlamasında "ağ-qaralar"ın sabiq qolkiperi Hüseyn Məhəmmədov deyib.

 

O, komandanın uğursuz çıxışına görə rəhbərliyin tədbir görəcəyini söyləyib: 

 

"Yəqin ki, rəhbərlik bununla bağlı qərar verəcək. Komandanın özünə gəlməsi üçün yenilik edəcək. Rəhbərlik bütün şəraiti yaradıb. Çempionatda yüksək səviyyədə şəraiti olan 2-3 komanda varsa, biri "Neftçi"dir. İnanıram ki, sərt qərarlardan sonra hər futbolçu, məşqçi uğur qazanmaq üçün əlindən gələni edəcək".

 

Mütəxəssis ötən gün "Kəpəz"lə oyunda (3:4) kobud səhvələrə yol verən qapıçı Rza Cəfərov haqqında danışıb:

 

"Neftçi" və " Kəpəz" mənim üçün əziz komandalardır. Oyuna istəkli baxırdım. "Neftçi" qalib gələ bilərdi. Oyunun gedişində Rza Cəfərovun etdiyi səhvlər məğlubiyyətə gətirib çıxardı. Təbii ki, istəməzdi belə olsun. Bir neçə oyun epizodlarında komandasını real qoldan xilas etdi. Amma qapıçı komandasını 100 real qoldan xilas etsə də, bir səhvi yada düşür. İstəmərəm, gələcək oyunlarda belə risklər etsin. Qapıçı səhvi bağışlanılmazdır. Rza daha diqqətli və təmkinli olmalıdır".