AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millimizin baş məşqçisi Fernandu Santuşa 70 illik yubileyi ilə əlaqədar Estoniya ilə oyunöncəsi məşqdən əvvəl xüsusi forma hədiyyə edib. Sport24.az xəbər verir ki, bu gün portuqaliyalı mütəxəssisin 70 yaşı tamam olub.

 

Qeyd edək ki, oktyabrın 11-də Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.