Yığmanın İsveç üzərində parlaq qələbisi Rövnəq Abdullayevin gələcək karyerasına da birbaşa təsir edib. Sport24.az-ın əldə etdiyi məlumat görə, növbəti ilin martında keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında hazırkı prezident postunu qoruyub saxlayacaq.

Dünənki oyundan sonra yuxarı dairələrdə bu barədə müzakirələr olub və qərara alınıb ki, Rövnəq bəy növbəti 4 ildə də ölkənin futbol təssərrüfatına rəhbərlik etsin.

Qeyd edək ki, 58 yaşlı Abdullayev 2008-ci ilin martından assosiasiyaya rəhbərlik edir. Növbəti seçki gələn ilin ilk kvartalında baş tutacaq.