II Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynov cəzalandırılıb. Sport24.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna IX turun "Ağdaş" – "Füzuli" oyununun 43-cü dəqiqəsində baş verənlər səbəb olub. Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə allb.
AFFA onu 5 matclıq diskvalifikasiya edib. "Ağdaş" 400 manat cərimə edilib.