AFFA "Sabah"ın köməkçi məşqçisi Saşa Sablyakı cəzalandırıb. Sport24.az xəbər verir ki, bu barədə qərarı İntizam Komitəsi verib.

 

O, Misli Premyer Liqasında X turun "Zirə" – "Sabah" matçındakı hərəkətinə görə cəza alıb. Məşqçi qarşılaşmanın 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb.

 

AFFA onu 1-i şərti olmaqla 2 matçlıq diskvalifikasiya edib. "Sabah" 1000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.