Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, Premyer Liqanın XVII turunda “Sabah”, "Keşlə” və “Neftçi”nin 4, "Qəbələ"nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün bu klubların hər biri 800 manat cərimələnib. 

I Divizionun XIV turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 80 manat cərimə olunub.