"Şamaxı"nı seçimimin iki əsas səbəbi var". Bus zöləri Sport24.az-a açıqlamasında Adil Nağıyev bildirib. 

 

28 yaşlı müdafiəçi bölgə təmsilçisinin təklifini qəbul etməsini baş məşqçi amili ilə əlaqələndirib: "Birincisi odur ki, əvvəl də bu klubda oynamışam və mənə doğma olan komandaya qayıtdım. Digər məqam isə baş məşqçi Ayxan Abbasovdu. Ayxan müəllimin rəhbərliyi altında oynamışam. O, savadlı, iddialı olmaqla yanaşı, hər bir futbolçuya individual yanaşan, oyunçulara xüsusi qayğı göstərən mütəxəssisdi. İnanıram ki, qarşıdan gələn mövsümdə "şirlər" döyüşkənliyi, əzmkarlığı ilə seçiləcək". Bu fikirləri Sport24.az açıqlamasında Adil Nağıyev deyib.

 

Qeyd edək ki, Nağıyev ötən mövsüm "Səbail"in heyətində ümumilikdə 20 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.