"Sumqayıt"ın köhnə-yeni baş məşqçisi Samir Abasovun məşqçilər korpusu müəyyənləşib. 44 yaşlı mütəxəssis Sport24.az-a açıqlamasında əvvəlki klubu "Neftçi"də işlədiyi köməkçiləriylə birgə çalışacağını söyləyib:

"Bunlar Seymur Rəhimov, Vəfadar Quliyev və Mübariz Orucovdu. O heyətdən yalnız Etibar Tarverdiyev yoxdu. Hazırda "Sumqayıt""da qapıçılarla işləyən məşqçi var - Emil Babayev. Hər bir müzakirəyə getmişik. Bugünkü durum budur ki, Emil bizimlə işləyəcək. Fiziki hazırlıq üzrə əcnəbi məşqçi Qoran Başiç də qalır. Amma digər köməkçilərdən Mehman Yunusovla Rail Məlikov bizim korpusda olmayacaqlar".

Xatırladaq ki, Yunusov hələ Ayxan Abbasovun baş məşqçiliyi dövründən çalışırdısa, Məlikov bu yay futbolçu karyerasını bitirərək "Sumqayıt"a məşqçi kimi qayıtmışdı. 

 

 

MEHMAN SÜLEYMANOV