“Keşlə”dən ayrılan Anatole Abanq karyerasını Azərbaycanda davam etdirməyəcək. Sport24.az xəbər verir ki. 26 yaşlı kamerunlu forvardın adı Premyer Liqamızın bir neçə təmsilçisi ətrafında hallansa da, o, ölkəmizi BƏƏ-yə dəyişib.

Belə ki, Abanq artıq Dubaya yollanıb və “Al-Bataeh” klubu ilə müqavilə imzalayıb.

Xatırladaq ki, Anatole keçən ili "Keşlə"də keçirdi və bir hücumçu kimi məhsuldarlıqdan daha çox intizamsızlığı, qırmızı vərəqələrlə yadda qalıb.