Avropa Liqasının H qrupunda yer alan "Qarabağ"ın rəqibi "Hekken" yoldaşlıq görüşü keçirib. Sport24.az az xəbər verir ki, İsveç təmsilçisi Finlandiyada yerli "Helsinki" ilə qarşılaşıb.
Matç qonaqların 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, "Qarabağ" qrupun son turunda dekabrın 14-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda "Hekken"i qəbul edəcək.