MBA-da çıxış edən “Memfis” ulduz basketbolçusu Ca Morantı iki oyunluq diskvalifikasiya edib. Soort24.az xəbər verir ki, Bbna səbəb 23 yaşlı amerikalı oyunçunun sosial şəbəkələrin birində canlı yayım açaraq silahını nümayiş etdirməsi səbəb olub.

Ca həmçinin özünün basketbol meydançasında yeniyetməni döyməkdə də ittiham olunur. Ulduz basketbolçu cəzaya məruz qaldıqdan sonra üzr istəyib. Morant indiki vəziyyətdə psixoloji yardıma ehtiyacı olduğunu da bildirib.

Xatırladaq ki, amerikalı müdafiəçi cari mövsüm MBA-da keçirdiyi 53 oyunda orta hesabla 27,1 xal, 6 ribaund və 8,2 məhsuldar ötürmə ilə yadda qalıb.