'Memfis''in ulduz basketbolçusu Ca Morant yersiz hərəkətlərlə həm özünü, həm də komandasını çətin vəziyyətdə qoymaqda davam edir. Sport24.az xəbər verir ki oyun qurucusu böyük ehtomalla gələn mövsüm müntəzəm çempionatın ilk dövrəsinin cəza üzündən buraxmalı olacaq. Oə
Onun silahlara aludəsi ciddi problem yaradır. Morant hələ martın əvvəlində bir gecə klubuna gedərək orda ''instaqram''da canlı yayın açmış və hamıya öz silahını nümayiş etdirmişdi. Buna görə 8 oyunluq cezalanan Morant mayda bu dəfə öz maşınında eyni hərəkəti təkrar etmişdi. Bu üzdən mayın 14-dən etibarən ''Qrizlis'' onu qeyri-müəyyən müddətə komandadan kənarlaşdırıb.
MBA rəhbərliyi də məsələni araşdıraraq Morantı ən azı 5 aylığa cəzalandırmaq qərarına gəlib. Rəsmi qərar MBA-nın pley-off seriyasından dərhal sonra açıqlanacaq. MBA rəsmisi Adam Silver də 23 yaşlı basketbolçunun ciddi şəkildə cəzalanacağını təsdiq edib.