"Los Anceles Klippers''in ulduz basketbolçusu Kavay Leonard növbəti dəfə bıçaq altına yatmalı olub. Sport24.az xəbər verir ki, bu dəfə o, dizindən əməliyyat olunub.

31 yaşlı forvard son zədəni geridə qoyduğumuz mövsümün pley-offunun 1-ci mərhələsində ''Finiks''lə oyunda almışdı.

Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, bu basketbolçu son illərdə tez-tez zədədən əziyyət çəkir. 2017-ci ilin pley-offunda ''Qolden Steyt''in gürcüstanlı üzvü Zaza Paçuliyə Leonardın ayağını tapdaladıqdan bu yana bu basketbolçu faktiki olaraq heç vaxt zədədən tam qurtula bilməyib. Növbəti mövsüm də tam sağalmayan Leonard ''San Antonio''nun rəhbərliyi və tibbi personalı ilə dalaşaraq ''Toronto''ya keçdi və 2019-da bu komanda ilə çempion oldu. 2019-dan bu yana o, ''Klippers''in şərəfini qoruyur.

Diz bağları qopduğuna görə 2021/22-ni boşa verən Kavay ötən mövsümün sonuna yaxın yaxşı forma yığmışdı. Amma yenə zədələndi. '

'Klippers''in rəsmisi Lourens Frankın sözlərinə görə, Leonard bu dəfə 2 aylığa sıradan çıxıb və yeni mövsümün startına qədər sıraya qayıdacaq.