Qadın basketbolçulardan ibarət Türkiyə millisinin üzvü Nilay Aydoğan zəlzələ nəticəsində həlak olub. Sport24.az xəbər verir ki, Malatyada axtarışlar nəticəsində dağıntılar altından onun cəsədi aşkarlanıb.

“Çankaya Universiteti” klubunun oyunçunun ənəsini ziyarət etmək üçün Malatyaya gəldiyi bildirilir. Zəlzələ nəticəsində onun nənəsinin də həlak olduğu müəyyənləşib.

Xatırladaq ki, 31 yaşlı Aydoğan karyerası ərzində “Gənclik və Spor”, “İzmit Bələdiyyə”, MBB GSK, “Samsun Basketbol İhtisas” və “Yalova! VİP Gənclik” komandalarının da şərəfini qoruyub.