Basketbol üzrə Azərbaycan Super Liqasında 5-ci turun oyun cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, növbəti tura noyabrın 8-də start veriləcək.

AzTU-nin basketbol zalında keçiriləcək ilk oyunda "Sərkərdə" və "Xırdalan" klubları üz-üzə gələcək. Bu matça saat 19:00-da start veriləcək və "CBC Sport"da canlı yayımla göstəriləcək.

Noyabrın 9-da turun digər oyunları keçiriləcək:

13:00. Sıçrayış - Zirvə 15:00. Atletik - Gəncə 17:00. 80-lər – Atom