Basketbolun 3x3 növü üzrə milli komandaların reytinq cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi 2 pillə irəliləyib. 

 

Paris-2024-ə vəsiqə qazanan yığmamız 503,592 xalla dünyanın üçüncü komandasıdır. Milli yalnız Kanada (628,222) və Çindən (591,292) geri qalır.

 

Qeyd edək ki, kişilərin reytinq siyahısına Serbiya başçılıq edir – 3047,718 xal.