Basketbol üzrə Azərbaycan Super Liqasında 3-cü dövrənin ilk turunun oyun cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, 15-ci tura fevralın 1-də start veriləcək. Oyunlar Texniki Universtitetin basketbol arenasında keçiriləcək. İlk oyun günündə iki görüş baş tutacaq, qalan iki qarşılaşma isə fevralın 2-nə təsadüf edəcək.

Azərbayan Super Liqası 15-ci tur 1 fevral

17:30. Sıçrayış - 80-lər 19:30. Xırdalan - Atletik

2 fevral

18:00. Gəncə - Zirvə Astara 20:00. Sərkərdə - Atom