"Sumqayıt" basketbolçusu İsmayıl Əliyevlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.
Əliyevin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Sumqayıt" ötən ay İsmayıl Əliyevlə daha bir mövsümlük müqavilə imzalamışdı.