"Şəki Siti" II Liqa komandası olmasına baxmayaraq, heyətlərində Premyer Liqa təcrübəsi olan futbolçular var". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov deyib.
Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində "Şəki Siti"yə qalib gələn komandanın baş məşqçisi matçı şərh edib:
"Oyunda 1:0 hesab ilə öndə olarkən qol epizodlarımız oldu, yararlana bilmədik. Əvəzində isə rəqib fərqləndi. Futbolçularıma sakit və təmkinli olmağı tapşırdım. Qırmızı vərəqədən sonra iki qol vurduq və qalib gəldik. Bu qələbə çempionatda bizim üçün stimul ola bilər. Futbol səhvlər üzərində qurulub. Hər komandanın özünə görə boşluqları var. Müdafiə xəttimizdə boşluqlar hiss olunur. Bunu aradan qaldıracağıq. "Turan Tovuz"la oyunda 1:0 hesabı ilə öndə olanda rəqibin qol imkanı yox idi. Yenə zədəli futbolçumuz oldu. Yekunda matçı məğlub başa vurduq".
Qeyd edək ki, görüş "Karvan-Yevlax"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.