MBA-da çıxış edən “Los Anceles Leykers”in sabiq mərkəz oyunçusu Kvame Braun Lebron Ceymsi pley-offda mübarizəni dayandırmasından sonra sikayətlənməsinə görə qınayıb. Sport24.az xəbər verir ki, o, ulduz basketbolçunun şişirdildiyini də iddia edib: “Ceyms heç də bu qədər diqqətə layiq basketbolçu deyil. Lebron, məni bağışla, amma sən meydançaya statistika üçün çıxırsan. Uzun illərdən sonra sənin rəqəmlərinə baxıb fikirləşəcəklər ki, tarixin ən güclü oyunçusu elə budur! Amma səninlə eyni dövrdə oynayanlar bunun belə olmadığını yaxşı bilir. Nə vaxta qədər “ağlayacaqsan”? Heç vaxt Maykl Cordanın simulyasiya etdiyini görməmişəm. Lebron Ceyms isə sanki “Matritsa” filmində çəkilmək üçün hərəkət edərkən əyilir. Bəlkə gedib özünü kinoda sınayasan? 39 yaşın olacaq və ümid edirsən ki, səni yenə də pley-offda finala daşıyacaqlar? Bu, miskin səhnə olardı”.