"Sabah" bu gün avrokubokda növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa kubokunun sonuncu - VI turunda İsveçdə "Nörçöppinq"in qonağı olacaq.
Qarşılaşma Rimas Kurtinaytisin yetirmələri üçün formal xarakter daşıyacaq. Təmsilçimiz oynadığı 5 matçın hamısında məğlub olduğu üçün qrupdan çıxmaq şansını itirib. Komandamız Bakıda 70:74 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.
Qeyd edək ki, G qrupunun digər oyununda liderlik uğrunda "Marussi" "Spirou" ilə qarşılaşacaq.
FİBA Avropa kuboku
G qrupu, VI tur
13 noyabr
22:00. "Nörçöppinq" (İSveç) - "Sabah"
Hakimlər: Ritvars Helmsteins (Latviya), Karol Kovalski (Finlandiya), David Tomasson (İSlandiya)
Nörçöpinq, Stadium Arena
1 |
Spirou |
5 |
5 |
0 |
429-389 |
10 |
2 |
Marussi |
5 |
3 |
2 |
403-374 |
8 |
3 |
Nörçöppinq |
5 |
2 |
3 |
399-430 |
7 |
4 |
Sabah |
5 |
0 |
5 |
360-398 |
5 |