Bu gün Azərbaycan çempionu "Sabah" FİBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, "bayquşlar"ın rəqibi İsveçin "Norçepinq Dolfins" klubu olub.

 

Türkiyənin Antalya şəhərində keçirilən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. "Sabah" oyuna yaxşı başlasa da, fasilədən sonra isveçlilər üstünlüyü ələ keçiriblər. 3-cü periodda rəqibin 12 xallıq üstünlüyü cütün taleyini həll edib.

 

Azərbaycan çempionu mübarizəni FİBA Avropa kubokunda davam etdirəcək.

 

FİBA Çempionlar Liqası
17 sentyabr
"Sabah" - "Norçepinq Dolfins" (İsveç) - 71:75 (18:15, 19:18, 11:23, 23:19)

Antalya. "Gloria Sports Arena"

 

Qeyd edək ki, "Sabah" - "Norçepinq Dolfins" cütünün qalibi sentyabrın 19-da keçiriləcək yarımfinalda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.